Bu gün Qaradağ rayonu ərazisində ölümlə nəticələnən bıçaqlanma hadisəsi olub.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 02 radələrində 1998-ci il təvəllüdlü Haqverdiyev İlham Sabir oğlunun kəsici-deşici alətlə yetirilən xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Bayramov Məzahir Elşən oğlunu polis əməkdaşları saxlayıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma gedir.
***
Hadisə ilə bağlı Qaradağ rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, martın 6-da saat 00:15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2006-cı il təvəllüdlü M. B.-un şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, M. B. iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Bölməyə aid digər xəbərlər