10:04 / 28-11-2024
Qaxa 18 sm qar yağdı - Video
Şantajda ittiham edilən sayt rəhbərləri həbs edildi

Şantajda ittiham edilən sayt rəhbərləri həbs edildi
“Turantv.az” rəhbəri Ramin Sadıqlı, “bölgeinfo” saytının təsisçi baş redaktoru Vüqar Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

GununNebzi.az
xəbər verir ki, onlar 10-dan artıq vətəndaş barəsində rəhbərlik etdiyi saytlarda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirləndirilir. Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Fotoda Ramin Sadıqlı

Fotoda Vüqar Quliyev


Tarix: 22-08-2024, 13:42 Oxunub: 0


Bölməyə aid digər xəbərlər
27-04-2021, 19:43 "Yeraz Ramin" saxlanıldı