18:09 / 18-12-2024
Sabah da qar yağacaq
17:57 / 18-12-2024
Həbs müddətləri azaldıldı
Sabah da qar yağacaq

Sabah da qar yağacaq
Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometrologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağıntının intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Yağıntı axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % proqnozlaşdırılır.

Azərbaycanın bəzi rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.


Tarix: Bu gün, 18:09 Oxunub: 0


Bölməyə aid digər xəbərlər
23-02-2023, 14:49 Sabah Bakıda qar yağacaq
16-12-2023, 13:24 Sabah qar yağacaq
17-12-2023, 13:35 Bakıya sulu qar yağacaq