Bir neçə gündür süni tənəffüs aparatına qoşulan aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.
Bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova məlumat verib.
Onun sözlərinə görə, dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib:
“Poliorqan çatışmazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib. Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılır”.
Qeyd edək ki, A.Baxşəliyev uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir.
***
Aktyor Azər Baxşəliyev vəfat edib.
Bu barədə APA-ya mərhumun dostu, aktyor Elsevər Camal məlumat verib.
O bildirib ki, Azər Baxşəliyev bu gün günorta saatlarında Sabunçu qəbiristanlığında dəfn ediləcək.
***
Məlumata görə, mərhum aktyor Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
Bölməyə aid digər xəbərlər