16:25 / 02-02-2025
Xəzər dənizində zəlzələ
12:18 / 31-01-2025
Faytonçu Nazim insult keçirdi
İtkin düşən balıqçılardan birinin meyiti tapıldı

İtkin düşən balıqçılardan birinin meyiti tapıldı
Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.

GununNebzi.az
APA-ya istinadən xəbər verir ki, tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.

Məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.

Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlu itkin düşüb. Həmin tarixdən onların axtarışları aparılıb.

***

“Qafqazinfo”nun məlumatına görə, balıqçılar meyiti aşkar etdikdən sonra Su polisinə məlumat veriblər.


Tarix: Bu gün, 15:24 Oxunub: 1


Bölməyə aid digər xəbərlər