16:25 / 02-02-2025
Xəzər dənizində zəlzələ
12:18 / 31-01-2025
Faytonçu Nazim insult keçirdi
Prezidentin köməkçisi İranda növbəti mühüm görüşdə

Prezidentin köməkçisi İranda növbəti mühüm görüşdə
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə iki ölkənin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“AR Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İR Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə görüşüb. Görüşdə iki ölkənin elmi-tədqiqat mərkəzləri və ictimai-siyasi fikir daşıyıcıları arasında əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili məsələləri vurğulanıb”, - Azərbaycanın Tehrandakı diplomatik missiyasının sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, Hikmət Hacıyev daha əvvəl İran Prezidentinin müşaviri Mehdi Sənayi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Abbas Araqçı ilə görüşüb.


Tarix: Bu gün, 18:10 Oxunub: 0


Bölməyə aid digər xəbərlər