Hakimləri təhqir etdi, 5 oyunluq cəzalandı

Hakimləri təhqir etdi, 5 oyunluq cəzalandı
AFFA İntizam Komitəsinin iclasında aşağı liqalarda yaşanan neqativ hallara da baxılıb.

GununNebzi.az
xəbər verir ki, toplantıda qeydə alınan hər bir xoşagəlməz hala hüquqi qiymət verilib.

AFFA U-16 Liqasında keçirilən “Sumqayıt” FK - “Zirə” PFK oyununda “Zirə” PFK komandasının futbolçusu Fərid Şahverdiyevin qarşılaşmanın 90+1-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 4 oyunluq cəzalandırılıb.

AFFA U-15 Liqasında keçirilən “Metak” FK – “Səbail” PFK oyunu bitdikdən sonra Metak FK komandasının futbolçuları Seyfəddin Heydərov, Amir Tahirov, Seyid Davidov və Əli Zamanov təcavüzkar davranışa görə qırmızı vərəqə aldıqları üçün 4 oyunluq cəzalandırılıblar. Bundan əlavə, “Metak FK” komandasının cəzalı baş məşqçisi Mehman Səfərov hakimləri təhqir etdiyinə görə cəzasının üzərinə 5 oyun əlavə edilib.

“Metak” FK – “Səbail” PFK oyunu bitdikdən sonra Səbail PFK komandasının futbolçuları Nizami Hüseynli, Hüseyn Hüseynli, İlkin Mikayılov, Hüseyn Saracev və Raul Nəsirli təcavüzkar davranışa görə qırmızı vərəqə aldıqları üçün 4 oyunluq cəzalandırılıblar.

AFFA U-14 Liqasında keçirilən “Mübariz” (Binə) – “Asta” FK oyununda “Asta” FK komandasının futbolçusu Elşad Niftəliyev qarşılaşmanın 77-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 2 oyunluq cəzalandırılıb.


Tarix: 19-02-2025, 14:31 Oxunub: 1


Bölməyə aid digər xəbərlər