Avtobusda öldü, 8 saat heç kim fərqinə varmadı

Avtobusda öldü, 8 saat heç kim fərqinə varmadı
Türkiyənin Kayseri şəhərindən Bursaya gedən sərnişin avtobusunda 81 yaşlı sərnişin ölü tapılıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə “Sputnik Türkiye” məlumat yayıb.

Maraqlısı isə budur ki, Enver Ekiz adlı şəxsin öldüyünün səyahət boyu (8 saat ərzində) heç kim fərqinə varmayıb.

Sürücü və digər sərnişinlər onun yatdığını düşünüblər.

Sərnişinin öldüyü Bursa Avtovağzalına çatdıqda məlum olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Tarix: 19-02-2025, 22:23 Oxunub: 1


Bölməyə aid digər xəbərlər