23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək

Azərbaycanda ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcəkAzərbaycanda sərnişindaşımada ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək.

GununNebzi.az xəbər verir ki, Bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb

Bildirilib ki, 28 sentyabr tarixindən hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı komendant saatı tətbiq olunan Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində Abşeron, Cəbrayıl, Füzuli, Ağcəbədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında sərnişindaşımada fasiləsiz xidmətin təmin edilməsi məqsədilə ictimai nəqliyyatın hərəkətinin adi rejimdə (06:00-00:00) davam etdirilməsi təmin ediləcək.

Qeyd olunub ki, hərbi vəziyyətin davam edəcəyi müddətdən asılı olaraq xüsusi hallar da nəzərə alınmaqla ictimai nəqliyyatın hərəkət qrafiki və qaydaları ilə bağlı son dəyişikliklər barədə xəbərlər operativ şəkildə ictimaiyyətə təqdim ediləcək. Vətəndaşlardan xahiş edirik ki, məlumatları ancaq rəsmi istinad mənbələrindən əldə etsinlər!


Tarix: 28-09-2020, 18:45 Oxunub: 79


Bölməyə aid digər xəbərlər