23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Dövlət qurumları Silahlı Qüvvələrə Yardım Fonduna ianələr köçürür

Dövlət qurumları Silahlı Qüvvələrə Yardım Fonduna ianələr köçürürXəbər verdiyimiz kimi 27 sentyabr 2020-ci ildə, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Buna cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatı keçirilir.

Belə bir həssas dönəmdə ölkədə fəaliyyət göstərən bütün qurumlar, özəl müəssisələr Azərbaycan Ordusuna dəstək ifadə edərək Silahlı Qüvvələrə Yardım Fonduna ianələr yönəldiblər.

Milli Məclisin Azərbaycan Respublikası Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar, Parlament Aparatının və İşlər idarəsinin əməkdaşları Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın aksiyasına qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər.

Təhsil Nazirliyi işğal altında olan torpaqlarımızın azadlığı, vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat pul ayırıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Azərbaycan Ordusuna dəstək aksiyasına qoşularaq, Silahlı Qüvvələrə Yardım Fonduna 20 000 manat məbləğində pul vəsaiti köçürüb.

Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı, eləcə də nazirliyin strukturuna daxil olan və daxil olmayan, tabeliyindəki qurumların rəhbərliyi və əməkdaşları könüllü qaydada öz aylıq vəzifə maaşlarını ordumuza maliyyə dəstəyi olaraq ianə ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin, onun strukturlarının və paytaxt rayon İcra Hakimiyyətlərinin əməkdaşları bir aylıq əmək haqqlarını Silahlı Quvvələrə Yardım Fonduna ianə ediblər.

Ölkənin ərazi bütövlüyü uğrunda aparılan müharibəyə dəstək məqsədiylə “Azərişıq” ASC-nin rəhbər heyəti bir aylıq maaşlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.


Tarix: 3-10-2020, 17:33 Oxunub: 122


Bölməyə aid digər xəbərlər