23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sahil Babayevdən həmkarlarına Dağlıq Qarabağla bağlı MÜRACİƏT

Sahil Babayevdən həmkarlarına Dağlıq Qarabağla bağlı MÜRACİƏTƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev digər ölkələrdəki həmkarlarına və nazirliyin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların rəhbər şəxslərinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat barədə rəsmi müraciət ünvanlayıb.

GununNebzi.az-ın məlumatına görə, müraciətdə sentyabrın 27-dən başlayaraq Azərbaycanın hərbi birləşmələrinin mövqelərinin, yaşayış ərazilərinin Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə məruz qaldığı qeyd olunur. Nəticədə Azərbaycan tərəfindən hərbi qulluqçuların, içərisində uşaqlar, qadınlar, qocalar da olmaqla 30 mülki şəxsin həlak olduğu, 143 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, 66 mülki obyektin, 427 fərdi yaşayış evinin yararsız vəziyyətə düşdüyü diqqətə çatdırılır.

Ermənistanın bununla beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozduğu, eyni zamanda riyakar və destruktiv siyasət aparan bir ölkə olduğunun təsdiqini tapdığı bildirilir.

Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı qeyd edilir. Eyni zamanda, beynəlxalq humanitar hüquq normaları rəhbər tutulmaqla Ordumuzun bu hərbi əməliyyatlarının mülki əhaliyə, obyektlərə və infrastruktura yönəlmədən aparıldığı, Silhalı Qüvvələrimizin beynəlxalq səviyyədə tanınan öz ərazilərimizdə döyüşdüyü diqqətə çatdırılır.

Müraciətdə Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmaq niyyətində olduğu, Ermənistan Baş nazirinin "Qarabağ Ermənistandır" açıqlamasının danışıqlar prosesinə ciddi zərbə vurduğu bildirilir. Qeyd edilir ki, bütün bunlar danışıqların formatını dəyişdirmək cəhdi kimi qiymətləndirilməlidir. Bu faktı ATƏT-in Minsk qrupunun həmsədrləri də təsdiqləyir. Eyni zamanda, Ermənistan Cenevrə Konvensiyasından irəli gələn beynəlxalq hüququ ciddi şəkildə pozaraq, xarici vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirir.

Bildirilir ki, Azərbaycanın torpaqlarının 20% -i 30 ildir Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin 30 ilə yaxındır ki, Ermənistan bu qətnamələrə məhəl qoymur.

Müraciətdə təcavüzkar dövlət olan Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasının vacibliyi qeyd edilir.


Tarix: 9-10-2020, 15:30 Oxunub: 101


Bölməyə aid digər xəbərlər