Biz əsgərlərimizin qulluğunda durmağa hazırıq, amma bunun üçün bizə cəmiyyətimizin də dəstəyi lazımdır.
GununNebzi.az xəbərinə görə, Y.Qarayeva bildirib ki, ötən gün Azərbaycanda 530 yeni yoluxma halı qeydə alınmışdı ki, bu da avqustun ortasından indiyə qədər ən böyük rəqəmdir: “Biz gözləməməliyik ki, rəqəmlər daha da artsın, biz tədbirlər görməliyik:
“28 sentyabrdan etibarən tibb işçiləri cəbhə bölgəsində əsgərlərimizə xidmət göstərirlər. Bu baxımdan bizim cəmiyyətimizdən istəyimiz odur ki, diqqətli olsunlar, çünki bu vəziyyətdə bizim üçün ikinci cəbhənin açılması deməkdir. Koronavirusla mübarizə ordumuza dəstəkdir, qələbəyə dəstəkdir. Biz kütləvi tədbirlərdən uzaq durmalıyıq, qoruyucu maskalardan istifadə etməliyik, ara məsafəsi saxalayaq və bu şəkildə qələbəmizə dəstək olaq”.
Bölməyə aid digər xəbərlər