23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Operativ Qərargahda qərarları bu şəxslər qəbul edir - RƏSMİ

Operativ Qərargahda qərarları bu şəxslər qəbul edir - RƏSMİOperativ Qərargah Nazirlər Kabinetinin nəzdində yaranan qurumdur və orada bütün dövlət qurumlarının nümayəndələri ən yüksək səviyyədə təmsil olunur.

Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.

Qarayeva bildirib ki, virusun yayılmasının qarşısı kifayət qədər alınıb: "Bu müddətdə dərman vasitələrinin ölkəyə gətirilməsi, xəstəxanaların hazırlanmasına nail olduq. Biz sadəcə istəyirik ki, bundan sonra rəqəmlər artmasın".

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı əlavə edib ki, virusun yayılması eksponsional xarakter daşıyır: "Virusa yoluxanları gördüyünüz zaman çox gec ola bilər. Virusa yoluxanlar artacaq. Heç kim özünü qorumasa, biz bunun şahidi olacağıq".


Tarix: 25-06-2020, 19:21 Oxunub: 99


Bölməyə aid digər xəbərlər