"Vərəmli xəstələr də sosial izolyasiyaya diqqət yetirməli, ehtiyac olmadıqca yaxın təmasdan qaçmalıdırlar".
GununNebzi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, ölkədəki bütün xəstəxanları COVİD-19 xəstələrinə yönəldilsə, digər xəstəliklərə nəzarət mümkün olmayacaq:
"Biz buna gedə bilmərik. Amma bütün diqqətin COVİD-19 xəstələrinə yönəldilməsi nəticəsində digər xəstəliklərin artması gözləniləndir".
Y.Qarayeva deyib ki, hər hansı yeni qəbul olunan qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən cəmiyyətə çatdırılır.
Onun sözlərinə görə, ölkədə qaydaların sərtləşməsi cəmiyyətdən asılıdır:
"Əgər yayılma çoxalarsa, sərtləşmə ola bilər. Biz sərtləşməyə getmək istəməsək də, vəziyyət buna şərait yarada bilər. Əgər qaydalara əməl olunmasa, təbii olaraq məhdudlaşdırmalar sərtləşdirilə bilər".
Bölməyə aid digər xəbərlər