23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Karantin rejimi sərtləşdirilə bilər, vəziyyət pisləşməyə doğru gedir - XƏBƏRDARLIQ

Karantin rejimi sərtləşdirilə bilər, vəziyyət pisləşməyə doğru gedir - XƏBƏRDARLIQ

gununnebzi.az Əgər yoluxma halları artarsa, ola bilər ki, regional olaraq, yaxud da ölkə ərazisində karantin rejimi sərtləşdirilsin.

Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində deyib.

"Hər birimiz normal həyat tərzinə qayıtmaq istəyirik. Amma ilk olaraq insanların sağlamlığı əsas məsələdir. Bu gün qaydalara heç kim riayət etmək istəmir. Rəqəmlər də göstərir ki, vəziyyət pisləşməyə doğru gedir. Hər kəs qaydalara riayət edib, maskadan istifadə etsin", deyə o bildirib.

O bildirib ki, bu gün ümumi 76 yoluxma qeydə alınıb: "Bu, Bakı və regionlar üzrədir. Narıncı qeyd olunan bölgələrdə yoluxma halı çoxdur. Əgər yoluxma azalarsa, karantinin yumuşaldılması bu bölgələrdə də ola bilər. Lakin əksinə də müşahidə edə bilərik".


Tarix: 5-05-2020, 18:00 Oxunub: 108


Bölməyə aid digər xəbərlər