23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
DYP-dən vətəndaşlara çağırış: "Diqqətli olun!"

DYP-dən vətəndaşlara çağırış: "Diqqətli olun!"Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il fərmanı ilə Respublikanın bütün ərazilərində 2020-ci il 28 sentyabr tarixi saat 00:00-dan hərbi vəziyyət elan edilmiş, həmçinin həmin fərmana əsasən, Respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq olunur.

Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlar üçün bildiriş yayıb.

Qeyd olunub ki, həmin dövr ərzində Ermənistan tərəfindən ölkədəki sabitliyi, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə terror və təxribatlar törədilməsi ehtimalı ilə bağlı dövlət təhlükəsizliyi orqanlarına məlumatlar daxil olub.

“Bununla əlaqədar təşvişə düşmədən ayıq-sayıq olmanız, əhalinin sıx cəmləşdiyi ərazilərdə, ictimai nəqliyyatda, eyni zamanda rəhbərlik etdiyiniz idarə və təşkilatlarda, həmçinin mülkiyyətinizdə və istifadənizdə olan nəqliyyat vasitələrində və ətrafında şübhəli şəxslər, bağlamalar və şübhə doğuran hər hansı əşya müşahidə etdikdə dərhal “102” xidmətinə, eləcə də yaxınlıqdakı polis orqanlarına və əməkdaşlarına məlumat verməyiniz xahiş olunur”, - deyə məlumatda bildirilib.


Tarix: 16-10-2020, 13:14 Oxunub: 174


Bölməyə aid digər xəbərlər