23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
FHN Suqovuşan su anbarını mühafizəyə götürüb

FHN Suqovuşan su anbarını mühafizəyə götürübAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarını mühafizəyə götürüb.

FHN-dən verilən məlumata görə, su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejiminin tətbiqinə başlanılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan kəndi və su anbarı erməni işğalından azad edilib.


Tarix: 14-11-2020, 15:20 Oxunub: 247


Bölməyə aid digər xəbərlər