23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Kəlbəcərin boşaldılmasına niyə 10 gün vaxt verildi? - SƏBƏBLƏR

Kəlbəcərin boşaldılmasına niyə 10 gün vaxt verildi? - SƏBƏBLƏRNoyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyannamənin şərtlərinə görə, Kəlbəcər 15 noyabr, Ağdam 20 noyabr, Laçın 1 dekabr tarixlərinə qədər boşaldılmalıdır.

Bu gün Kəlbəcər tamamilə boşaldılmalı idi, lakin bu proses əlavə 10 gün uzadıldı.

Azərbaycan tərəfi Rusiya prezidenti Vladimir Putinin xahişi ilə Ermənistana 10 gün – 25 noyabra qədər vaxt verib. Bunun texniki səbəbləri var: 1. Kəlbəcər böyük rayondur və görünür 5 gün kifayət etməyib; 2. Ermənilərin Kəlbəcərdən çıxması üçün bir yolu var: eyni vaxtda əhali və erməni qoşunları bu yoldan çıxmalıdır; 3. Bu yol dardır və eyni anda qoşunlarla əhalinin çıxması 5 günə mümkün olmadı; Azərbaycan Rusiyanın xahişi ilə humanist addım ataraq, Ermənistana əlavə 10 gün vaxt verdi, lakin bu imzalanan bəyannamədə əksini tapmış qrafikin dəyişməsi demək deyil.

Razılaşmaya görə, Kəlbəcər, Ağdam və Laçının boşaldılması dekabrın 1-nə qədər başa çatdırılacaq. Bu dəyişməyən nəticədir. Azərbaycan bu məsələdə də humanistliyini nümayiş etdirdi . Burada diqqətçəkən məqam Ermənistanın Kəlbəcərdən vandalizm aktları törədərək çıxmasıdır. Kəlbəcər işğal olunandan sonra qanunsuz şəkildə rayona yerləşdirilən ermənilər azərbaycanlılara məxsus evlərdə yaşayırdı. İndi rayonu tərk edərkən, həmin evləri yandırır, “biz yaşamırıqsa, heç kim yaşamasın” prinsipi ilə davranırlar. Bununla yanaşı, meşələri qırır, yandırır, bütün infrastruktura od vururlar.

Bu vandalizm ermənilərin mahiyyətini aşkar şəkildə göstərir. Beynəlxalq media tərəfindən yayılan foto və videolarda da bu vandallıq öz əksini tapır. Rusiyanın RBK agentliyinin Kəlbəcərdəki müxbiri Aleksandr Atasuntsev yazır ki, ermənilərin gedərkən evləri və meşələri qəsdən yandırdırırlar, hətta məktəb binasına da od vurulub. BBC-nin reportajında isə evi yandıran erməni belə deyir: “Mən yaşamıramsa, heç kim yaşamasın”.

Bu vandallığa rəğmən, Azərbaycan humanizm göstərir, çünki eyni cür davranmaq nə bizim dövlətin, nə də xalqın mahiyyətində var. Beynəlxalq medianın yaydığı görüntülərdən də məlum olur ki, ermənilər təhlükəsiz şəkildə atəşə məruz qalmadan rahatlıqla Kəlbəcərdən çıxır. Hətta rahat şəkildə evlərin damına, unitaza qədər söküb aparırlar.

“Sputnik Ermənistan”ın çəkiliş qrupu Kəlbəcərdən çıxan erməni əhalisinin fotolarını yayımlayıb. Fotolarda aydın görünür ki, ermənilər əsasən bütün əşyalarını yük maşınlarına yükləyərək, daşıyırlar, mal-qaranı da rahat şəkildə apara bilirlər. Bu, 27 il öncə Kəlbəcərin işğalından sonra ermənilərin azərbaycanlılara qarşı vandallığını xatırladır.

1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olunub. 27 il öncəki vəziyyətlə bugün baş verənlər arasındakı fərq iki ölkə, iki xalq arasındakı fərqdir.

Azərbaycan dövləti Ermənistanın etdiyini etməyəcək, çıxmaları üçün 10 gün əlavə vaxtı verilməsi də bunu bir daha sübut edir. 10 gün sonra ermənilər Kəlbəcərdən çıxacaqlar, dekabrın 1-nə qədər Kəlbəcər, Ağdam və Laçın boşaldılacaq, azərbaycanlılar öz ata yurdlarına qayıdacaqlar. Amma ermənilərin bu gün Kəlbəcərdə etdiyi vandallıq unudulmayacaq.


Tarix: 15-11-2020, 19:09 Oxunub: 254


Bölməyə aid digər xəbərlər