Azərbaycanda 2020-2021-ci illərin payız-qış istilik mövsümü çərçivəsində istehlakçıların istiliklə təmin edilməsi noyabrın 15-dən başlanılıb. Lakin bəzi istilik qazanxanalarının işində yaranan texniki problemlərlə əlaqədar istehlakçıları tam şəkildə istiliklə təchiz etmək yalnız bu gün mümkün olub.
GununNebzi.az xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev deyib.
O bildirib ki, noyabrın 15-dən Azərbaycanda, o cümlədən Bakı şəhərində istiliyin verilməsinə başlanılıb: "Bəzi istilik qazanxanalarının işində yaranan texniki problemlər istehlakçıları tam şəkildə istiliklə təchiz etməyə imkan verməyib. Lakin problem artıq aradan qaldırılıb və bu gündən etibarən istehlakçılar tam olaraq istiliklə təmin olunacaq".
Bölməyə aid digər xəbərlər