Xüsusi karantin rejimi müddətində şənbə və bazar günləri yalnız bir sıra sahələr üzrə fəaliyyətə icazə verilir.
GununNebzi.az xəbər verir ki, 2020-ci il 28 dekabr tarixinədək şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:
- hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanlar və vəkillər;
- fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanları;
- səhiyyə və sosial xidmət müəssisələri, dezinfeksiya xidmətləri;
- kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı;
- fasiləsiz fəaliyyət göstərən müəssisələr, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələri;
- apteklər, ərzaq mağazaları (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələri;
- kütləvi informasiya vasitələri;
- mühafizə xidmətləri.
Bölməyə aid digər xəbərlər