23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İşğaldan azad olunan ərazilərimizdə idarəetmə ilə bağlı VACİB YENİLİK

İşğaldan azad olunan ərazilərimizdə idarəetmə ilə bağlı VACİB YENİLİK“İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən qarşıda duran vəzifələrin mütəşəkkil və operativ icrasının təmin olunması məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən ibarət qərargah yaradılıb”.

Bu barədə ədliyyə naziri Fikrət Məmmədov bildirib.

“Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, işğalçılığa və separatçılığa dəstək xarakteri daşıyan iqtisadi və digər qeyri-qanuni fəaliyyəti ilə bağlı milli və beynəlxalq qanunvericiliyin təhlili, işğaldan azad olunmuş ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanların fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi, habelə ədliyyə orqanlarının qarşısında duran digər vəzifələr müəyyən edilib və onların mütəşəkkil icrası məqsədilə yeni Qarabağ regional ədliyyə idarəsi təsis olunub”, - deyə o qeyd edib.


Tarix: 23-11-2020, 13:38 Oxunub: 269


Bölməyə aid digər xəbərlər