Bu qərar ölkəmizin suverenliyinə hücumdur.
GununNebzi.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi sanksiyalar barədə danışarkən deyib.
Prezident bildirib ki, CAATSA ilk dəfə bir NATO ölkəsinə tətbiq edilir: “Son 7 ildə məruz qaldığımız hər hücumu necə boşa çıxardıqsa, bu “beşinci kolon” fəaliyyətlərini də eyni şəkildə dəf edeəcəyik. Türkiyəni istədikləri kimi yönləndirə bilməyənlərin ölkə daxilindəki müxalifəti, qurumları maşa olaraq istifadə etmələrini yaxından izləyirik. Əsl məqsəd ölkəmizin müdafiə sənayesi istiqamətindəki təşəbbüslərinin qarşısını kəsərək bizi asılı vəziyyətə gətirməkdir”.
Qeyd edək ki, ABŞ Rusiyadan S-400 müdafiə kompleksləri aldığı üçün Türkiyəyə CAATSA çərçivəsində sanksiya tətbiq edib.
Bölməyə aid digər xəbərlər