Amerika Birləşmiş Ştatları Rusiya və Çində öz hərbi qüvvələri ilə əməkdaşlıq edən 103 quruma və şirkətə qarşı ticarət sanksiyaları tətbiq edib.
“İzvestiya”nın məlumatına görə, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat verib.
Beləliklə, siyahıya Rusiyaya məxsus 45 təşkilat daxil edilib. Bunlar arasında elmi qurumlar, Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, prezident Vladimir Putinin uçuş səfərlərini həyata keçirən “Rossiya” Xüsusi Uçuş Bölməsi, “MiG” Rusiya Aviasiya Korporasiyası və digərləri də var.
Bundan başqa Çinin 58 təşkilatı da məhdudiyyətlərə məruz qalıb.
Ticarət Nazirliyi siyahıdakı şirkətlərin ABŞ milli təhlükəsizliyinə təhdid olduğunu bildirib. Bu şirkətlərin ABŞ-da müxtəlif mal və texnologiyalar alması qadağan ediləcək. Eyni zamanda, Amerika şirkətləri mallarını siyahıdakı qurumlara satan zamanı xüsusi lisenziya tələb edəcəklər.
Bölməyə aid digər xəbərlər