23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Çin peyvəndi vurulan türkiyəli jurnalist koronavirusa yoluxdu

Çin peyvəndi vurulan türkiyəli jurnalist koronavirusa yoluxduTürkiyədə Çin istehsalı olan koronavirus peyvəndi vurduran “Habertürk”ün jurnalisti Kamal Öztürkün testi müsbət çıxıb.

“Cumhuriyet” xəbər verir ki, Öztürk təkrar peyvənd olunmayacağını deyib:

“Birinci peyvənd dozasından sonra, virusa yoluxma səbəbindən peyvəndin ikinci dozasını qəbul edə bilməyəcəm”.

O, qeyd edib ki, testinin müsbət nəticə göstərməsini deməklə peyvənd çalışmaları haqqında mənfi rəy formalaşdırmaq istəmir:

“Bildiyiniz kimi, bir qrup jurnalist dostumla peyvəndləmənin 3-cü mərhələsində könüllü oldum.

15 dekabr 2020-ci il tarixində virus testindən keçdim. Test nəticəm 16 dekabrda mənfi oldu. 17 dekabrda peyvənd edildim.

İki gün heç bir yan təsir görmədim. Üçüncü gün yüngül hərarət, azca baş və əzələ ağrısı oldu. Lakin həkimlərimiz bunun soyuqdan və ya peyvəndin yan təsirindən, yoxsa bu mərhələdə virusa yoluxmağımdan qaynaqlandığını tam olaraq müəyyənləşdirə bilmədilər”.


Tarix: 23-12-2020, 17:04 Oxunub: 137


Bölməyə aid digər xəbərlər