23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Peskovdan Navalnı ilə bağlı AÇIQLAMA

Peskovdan Navalnı ilə bağlı AÇIQLAMABütün rusiyalıların hüquqlarına Rusiya Federasiyasının qanunları ilə zəmanət verilir. Sözsüz ki, Aleksey Navalnı ilə bağlı vəziyyətdə də belə olacaq.

GununNebzi.az-ın xəbərinə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr. Bu, Prezidentin xüsusi diqqətini tələb edən hadisə deyil. Bütün rusiyalıların hüquqları ölkə qanunları ilə qorunur. Bu halda da belə olacaq”, - deyə Kremlin sözçüsü V. Putinin Navalnının məhkəmə və istintaq prosesində hüquqlarının qorunmasına riayət olunmasını diqqətlə izləyib-izləməyəcəyi ilə bağlı suala cavabında bildirib.


Onun sözlərinə görə, Kreml A. Navalnı ilə bağlı beynəlxalq rəyi nəzərə almaq niyyətində deyil.


“Söhbət Rusiya qanunlarının Rusiya vətəndaşı tərəfindən icra olunmaması faktından gedir. Bu, tamamilə daxili işdir və biz heç kəsə icazə vermərik ki, buna maneə olsunlar. Belə bəyanatları dinləmək niyyətində deyilik”, - deyə D. Peskov bir sıra ölkələrin A. Navalnını azad etməklə bağlı çağırışlarına münasibət bildirərkən qeyd edib.//APA


Tarix: 19-01-2021, 17:05 Oxunub: 242


Bölməyə aid digər xəbərlər