23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiyadan ABŞ-a xəbərdarlıq: Tələb edirik...

Rusiyadan ABŞ-a xəbərdarlıq: Tələb edirik...Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentindən və ABŞ-ın Moskvadakı səfirliyindən Rusiyanın daxili işlərinə müdaxiləni dayandırmağı tələb edib.

GununNebzi.az “TASS”a istinadla xəbər verir ki, bu barədə XİN "Facebook" səhifəsində yazıb.

“Suveren dövlətlərin daxili işlərinə müdaxilələrin dayandırılmasını tələb edirik və məsuliyyət barədə xatırladırıq:

"ABŞ-ın Rusiyanın daxili işlərinə kobud müdaxiləsi Vaşinqtonun nəzarətində olan internet-platformalar tərəfindən feyklərin “raskrutkası” və icazəsiz aksiyalara çağırışlar kimi sübut edilmiş faktdır. ABŞ-ın Dövlət katibi Entoni Blinken tərəfindən qanunun pozulmasının dəstəklənməsi Vaşinqtonun pərdəarxası rolunun daha bir təsdiqidir. Şübhə yoxdur ki, etirazların təşviqinə yönələn hərəkətlər Rusiyanın qarşısının alınması strategiyasının bir hissəsidir".

“Dövlət Departamenti RAND Corp. analitik mərkəzinin 2019-cu ildə təklif etdiyi proqramı açıq şəkildə istifadə edir. Kədərlidir ki, bu doktrinanın həyata keçirilməsi üçün “yüksək qiymət və risklər” haqqında xəbərdarlığı qaçırıblar”, - paylaşımda deyilir.

Nazirlik Amerika tərəfinin nümayəndələrinə müraciət edərək sözügedən aksiyaların “planlaşdırılmamış” deyil, “qeyri-qanuni” olduğunu əlavə edib.


Tarix: 31-01-2021, 20:26 Oxunub: 129


Bölməyə aid digər xəbərlər
25-11-2020, 09:00 ABŞ-dan Rusiyaya SANKSİYA