İrəvan və Moskva 102-ci bazanın bir hissəsinin Ermənistanın şərqinə yerləşdirilməsinin mümkünlüyü məsələsini araşdırır.
GununNebzi.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan RİA “Novosti”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla sərhədinin təhlükəsizliyini və müdafiəsinin təmini üçün Rusiya sərhəd xidmətinə əlavə funksiyalar həvalə edilib: “Rusiya hərbi bazasından Ermənistanın şərq istiqamətinə hər hansı bir hərbi birləşmənin yenidən yerləşdirilməsinin mümkünlüyündən danışmaq yəqin ki, daha doğrudur və bu kontekstdə məsələnin müvafiq ortaq araşdırılması aparılır. Qarabağdakı qarşıdurmadan əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd Müdirliyinin şəxsi heyəti espublika ərazisindən keçərək Müstəqil Dövlətlər Birliyinin təhlükəsizliyinin və sərhədinin qorunmasının təmin edilməsi vəzifələrinin icrasından məsul idi. Bu gün vəziyyət əhəmiyyətli dərəcədə dəyişib”.
O, Ermənistan Respublikası ərazisindəki 102-ci Rusiya hərbi bazasının genişləndirilməsi və gücləndirilməsi məsələsinin daima gündəmdə olduğunu söyləyib.
Rusiya Silahlı Qüvvələrinin Ermənistan ərazisinə əlavə hərbi hissəsinin yerləşdirilməsinə gəlincə, Arutyunyan hesab edir ki, belə bir ehtiyac yoxdur.
Qeyd edək ki, Ermənistanın Şirak bölgəsinin Gümrü şəhərində 1995-ci il dövlətlərarası razılaşmaya uyğun olaraq,102-ci Rusiya hərbi bazası yerləşdirilib. 2010-cu ildə sənəddə dəyişikliklər edilib, buna əsasən, bazanın müddəti 25 ildən 49 ilə, yəni 2044-cü ilə qədər uzadılıb./Publika.az
Bölməyə aid digər xəbərlər