23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Paşinyan prezidentin qaytardığı vəsatəti yenidən göndərdi

Paşinyan prezidentin qaytardığı vəsatəti yenidən göndərdi

Ermənistan Baş nazirinin ofisi Prezident Administrasiyasına Artak Davtyanın ölkənin Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsinə təyin edilməsi üçün yenidən vəsatət təqdim edib.

GununNebzi.az xəbər verir ki, bu barədə “Armenpress”ə açıqlamasında baş nazirin mətbuat katibi Mane Gevorkyan bildirib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan martın 10-da Davtyanın Baş qərargah rəisi Onik Qasparyanın yerinə təyin olunması ilə bağlı prezident Armen Sarkisyana vəsatət təqdim etmişdi. Lakin bu gün səhər saatlarınsa Sarkisyan həmin vəsatəti geri göndərib.


Artak Davtyan 2018-2020-ci illərdə Silahlı qüvvələrin Baş qərargah rəisi vəzifəsini tutub.

Tarix: 11-03-2021, 22:17 Oxunub: 246


Bölməyə aid digər xəbərlər