23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Putinin aşpazı” bu ölkələrdə mübarizəyə başlayır

“Putinin aşpazı” bu ölkələrdə mübarizəyə başlayır

Rusiyalı məşhur biznesmen Yevgeni Priqojin “Repressiyalarla Mübarizə Fondu” adlı qeyri-hökumət təşkilatı yaradıb.

GununNebzi.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumat onun “Konkord” şirkətinin “Vkontakte” sosial şəbəkəsindəki hesabında yer alıb. QHT-nin əsas hədəfinin Qərb ölkələrində insan haqları və ictimai fəalların dəstəklənməsi uğrunda mübarizə olacağı bildirilib.

Qeyd edək ki, Priqojin “Putinin aşpazı” olaraq tanınır. O, “Vaqner” özəl hərbi şirkətinin sahibidir. ABŞ və Avropa Birliyi onu sanksiyalar siyahısına daxil edib.

Tarix: 23-03-2021, 16:42 Oxunub: 302


Bölməyə aid digər xəbərlər