23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Əmirin qardaşı öldü - Dubayda 10 günlük matəm elan edildi

Əmirin qardaşı öldü - Dubayda 10 günlük matəm elan edildi

Dubay əmirinin qardaşı Həmdan bin Rəşid əl-Məktum vəfat edib.

GununNebzi.az “Reuters”ə istinadla xəbər verir ki, o, əmir Məhəmməd bin Rəşid əl-Məktumun müavini və dünya atçılıq yarışlarının nüfuzlu simalarından biri olub.

75 yaşlı şeyx Həmdanın xeyli müddət idi ki, xəstə olduğu və oktyabr ayında xarici ölkələrin birində əməliyyat keçirdiyi bildirilib.

Mərhum ötən əsrin 80-ci illərində Britaniyada ilk yarış atçılıq mərkəzi “Shadwell Racing”in əsasını qoyub. Bu sahədə ixtisaslaşan şeyx əsl “atçılıq imperiyası” yaradıb.

Onun ölümü ilə əlaqədar martın 25-dən etibarən Dubayda on günlük matəm elan edilib.

Modern.az

Tarix: 24-03-2021, 21:30 Oxunub: 171


Bölməyə aid digər xəbərlər
22-01-2021, 09:53 Ukraynada matəm elan edildi