23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Koronavirusa görə Norveçdə işsizliyin səviyyəsi artdı 0

Koronavirusa görə Norveçdə işsizliyin səviyyəsi artdı  0 Norveçdə koronavirus pandemiyası ilə bağlı böyük və kiçik firmaların əməkdaşlarının sayını azaltması səbəbindən işsizlik səviyyəsi sürətlə artır.

gununnebzi.az-ın məlumatına görə, “NRK”teleradio şirkəti xəbər verir ki, bir neçə həftə ərzində bu göstərici 10%-ə çatıb ki bu da ölkənin müasir tarixində ən yüksək səviyyədir.

“Çərşənbə axşamı Norveçdə 291 min işsiz qeydə alınıb. Bu isə Norveçdə mövcud olan işçi qüvvəsinin 10,4%-ni təşkil edir”, – deyə məlumatda qeyd edilir.

Ölkənin Əmək üzrə idarəsinin direktoru Siqrun Voqenq bunun İkinci Dünya Müharibəsindən bu yana Norveçdə ən yüksək işsizlik göstəricisi olduğunu vurğulayıb.


Tarix: 25-03-2020, 09:54 Oxunub: 33


Bölməyə aid digər xəbərlər