01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Hulusi Akar ABŞ mediasına Qarabağdakı son vəziyyətdən DANIŞDI

Hulusi Akar ABŞ mediasına Qarabağdakı son vəziyyətdən DANIŞDI

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanla Ermənistan arasında sülh məsələsinin əhəmiyyətindən bəhs edib.

O, bu barədə ABŞ-ın Realcleardefense.com saytına müsahibəsində bildirib.

“Ermənistan və Azərbaycan arasında keçən il elan edilmiş atəşkəs yeni səhifə üçün əhəmiyyətli fürsət yaradır. Yalnız Ermənistan üçün deyil, bütövlükdə bölgə üçün də təhlükəsizlik, sabitlik, sülh və firavanlıq fürsətini əldən vermək olmaz”, - deyə türkiyəli nazir bildirib.

Akar qeyd edib ki, bəlkə də Ermənistan liderləri Türkiyənin Ermənistana göndərdiyi mesajları dinləyib sülhə köklənsələr, bütün bölgə üçün siyasi və iqtisadi faydaları ən yüksək səviyyədə olacaq.



(Oxu.az)

Tarix: 22-04-2021, 14:19 Oxunub: 164


Bölməyə aid digər xəbərlər
31-12-2020, 11:27 Hulusi Akar Bakıya gəldi