23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Fransada COVID-19 epidemiyasında hidroksixlorokindən istifadəyə icazə verilib

Fransada COVID-19 epidemiyasında hidroksixlorokindən istifadəyə icazə verilibFransada COVID-19 virusunun müalicəsində hidroksixlorikindən (hydroxychloroquine) istifadəyə rəsmi olaraq icazə verilib.

GUNUNNEBZI.AZ AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Rəsmi Jurnalda fərman dərc olunub. Rəsmi məlumata əsasən Sanofi şirkəti tərəfindən istehsal olunan və tərkibində bu aktiv maddə olan Plakenilin (Plaquenil) koronavirus xəstələrinin müalicəsində istifadə ediləcək.

Səhiyyə naziri Olivye Veran bildirib ki, hidroksixlorikinin lopinavir/ritonavir ilə assosiasiyasının həkimlərin nəzarəti altında istifadəsinə icazə verir. Aidiyyətli səhiyyə müəssisələri nəzdində və ya vəziyyəti evdə müalicə olunmağa imkan verən pasientlərə resept əsasında verilə bilər.

Hazırda bu dərmana kütləvi tələbatı nəzərə alaraq, Plakenilin (Plaquenil) məhdud formada ciddi tibbi göstəricilər - romatoid artrit (polyarthrite rhumatoïde), qırmızı qurd eşənəyi (Lupus) və günəş allergiyasının qarşısının alınmasına ehtiyac olduğu halda verilməsinə icazə verilib.

Ölkədə hidroksixlorokin tərkibli, eləcə də lopinavir/ritonavir ehtiva edən dərmanların COVID-19-a qarşı sınaqdan keçirilmiş anti-virus maddələrin ixracına qadağa qoyulub. Bu qərar ehtiyacı olan xəstələri qorumaq və əsaslandırılmamış reseptlər vasitəsi ilə dərmanın tükənməsi riskindən yayınmaq üçün qəbul edilib.

Xatırldaq ki, xlorokin tərkibli dərmandan ilk dəfə Marseldə yerləşən Aralıq Dənizi infeksiya xəstəlikləri üzrə Universitet-Xəstəxana İnstitutunun direktoru sınaqdan keçirib və ondan istifadə edilməsini məsləhət görüb.

GUNUNNEBZI.AZ


Tarix: 27-03-2020, 22:34 Oxunub: 265


Bölməyə aid digər xəbərlər