23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qırğızıstan parlamentinin sədrindən Tacikistana XƏBƏRDARLIQ

Qırğızıstan parlamentinin sədrindən Tacikistana XƏBƏRDARLIQ


Qırğızıstan Tacikistana cavab vermək üçün kifayət qədər hərbi gücə malikdir.

GununNebzi.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Qırğızıstan parlamentinin sədri Talant Mamıtov deyib.

“Tacikistan tərəfi təxribatlara gedərsə, onlara cavab vermək üçün kifayət qədər hərbi gücümüz var”, - deyə Qırğızıstan parlamentinin sədri hökumət binasının qarşısına toplanan şəxslərin qarşısında çıxışında deyib.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində hər iki ölkənin silahlı qüvvələri arasında atışma olub. Toqquşma nəticəsində bir Qırğızıstan vətəndaşının öldüyü, 16 nəfərin isə yaralandığı bildirilir. Tacikistan tərəfi isə üç vətəndaşın güllə yarası aldığını açıqlayıb. İnsident bu gün səhər sərhəd bölgəsində baş verib.

Tarix: 29-04-2021, 19:30 Oxunub: 191


Bölməyə aid digər xəbərlər