23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Daha 2 ölkə arasında diplomatik böhran yarandı

Daha 2 ölkə arasında diplomatik böhran yarandı

Latviya Xarici İşlər Nazirliyi diplomatlarının Belarusdan göndərilməsinə adekvat cavab vermək qərarına gəlib.

GununNebzi.az xarici mediaya istinadən xəbər verir ki, Belarusun müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırılıb. Ona Belarus səfirinin və bütün diplomatların Latviyadan deportasiyası ilə bağlı məlumat verilib.

Xatırladaq ki, Belarus XİN rəhbəri Vladimir Makey daha əvvəl açıqlmasında Latviya səfirinin və bütün diplomatların ölkədən çıxarılması ilə bağlı açıqlama yaymışdı. Buna səbəb Riqada keçirilən xokkey yarışı zamanı Belarusun dövlət bayrağı əvəzinə, müxalifətin istifadə etdiyi ağ-qırmızı-ağ bayrağın qaldırılması olub.(Qafqazinfo)

Tarix: 24-05-2021, 21:46 Oxunub: 183


Bölməyə aid digər xəbərlər