23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Avropa Birlyinin çöküşü başladı! - Bayraqları endirildi

Avropa Birlyinin çöküşü başladı! - Bayraqları endirildi
Siyasi ekspertlərin öngörüləri özünü daha tez biruzə verdi: koronavirusun beynəlxalq qurumlara və birliklərə də “yoluxması” artıq başlayıb.
Pandemiyanın fəsadları ilk olaraq Avropa Birliyinin “divarlarında” çat yaradıb.
Xəstəliyin sürətlə yayıldığı İtalya prosesin ilk günlərindən üzvü olduğu AB dövlətlərinə yardım üçün çağırış etsə də onun imdadına yetən olmadı. Bu isə, istər-istəməz italyanlar arasında Birlik ölkələrinə qarşı narazılıqların yayılmasına səbəb olub.
Avropa Birliyi ölkələri öz canlarının hayına düşərkən fürsətdən istifadə edən Rusiya İtalyaya yardım göndərib bununla da italyanların ürəyinə yol tapmağı bacardı.
İndi sadə italyanlar AB bayraqlarını endirib, Rusiya bayraqlarını qaldırmaqla “dar günün dostu”na rəğbətlərini belə ifadə edirlər.
Lakin təkcə sadə insanlar deyil, artıq siyasi dairələrdə də AB-nin vəfasızlığana etiraz bildirənlər var.
İtalyanın ifrat sağçı partiyalaraından olan “İtalya qardaşları” Partiyasının üzvü, Nümayəndələr Məclisi sədrinin müavini Fabio Rampelli iş otağındakı AB bayrağını endirməklə üzv dövlətlərin soyuq davranışlarına etirazını belə bildirib.
Onun bu hərəkəti ölkədə geniş əks-səda doğurub.
Siyasi müşahidəçilərin fikrincə, bu, Avropa Birliyinin dağılmasının başlanğıcı kimi də qiymətləndirilə bilər və prosesin genişlənməsi gözləniləndir.


Tarix: 2-04-2020, 13:00 Oxunub: 102


Bölməyə aid digər xəbərlər