23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ABŞ qoşunlarının yarısı Əfqanıstandan çıxarıldı

ABŞ qoşunlarının yarısı Əfqanıstandan çıxarıldı

Əfqanıstandakı ABŞ hərbi qüvvələrinin və hərbi texnikalarının 50 faizindən çoxu ölkədən çıxarılıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama verib.

Açıqlamaya görə, prezident Co Baydenin Əfqanıstandan qoşunları 11 sentyabr tarixinədək çıxarmaqla bağlı qərarından sonra hərbi yükləri daşımaq üçün 500-dək təyyarə uçuşu həyata keçirilib, 13 minədək hərbi ləvazimat məhv edilmək üçün müvafiq qaydada təhvil verilib.

Ötən müddət ərzində ABŞ tərəfindən Əfqanıstan Müdafiə Nazirliyinə altı hərbi baza təhvil verildiyi də açıqlamada qeyd olunur.

( Unikal.org)

Tarix: 8-06-2021, 22:24 Oxunub: 116


Bölməyə aid digər xəbərlər