23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Paşinyandan ilk açıqlama

Paşinyandan ilk açıqlama

“Vətəndaş müqaviləsi” partiyası ölkənin yeni parlamentində konstitusiya çoxluğunu əldə edəcək”.

GununNebzi.az
xəbər verir ki, Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan öz feysbuk səhifəsində yazıb.

“Vətəndaş müqaviləsi” partiyası hökuməti quracaq”,- deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, MSK-nın məlumatına görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. O, seçicilərin 53.92 faizinin etimadını qazanıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21.04 faiz səslə ikinci olub.

“Mənim şərəfim var” bloku 5.23 faiz, “Çiçəklənən Ermənistan” partiyası isə 3.96 faiz səslə uduzublar. “Aydınlanmış Ermənistan” 1.22 faiz, Erməni Milli Konqresi 1.54% faiz səslə sonuncu pillədə qərarlaşıblar.

Ermənistandakı seçkilərdə 1 milyon 281 min 911 nəfər səs verib.

Tarix: 21-06-2021, 10:33 Oxunub: 77


Bölməyə aid digər xəbərlər