23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ermənistanda müxalif blokdan deputatlığa namizəd həbs edildi

Ermənistanda müxalif blokdan deputatlığa namizəd həbs edildi

Yerevan ümumi yurisdiksiya məhkəməsi “İzmirlyan” tibb mərkəzinin direktoru, növbədənkənar parlament seçkilərində “Ermənistan” müxalifət blokundan deputatlığa namizəd olan həkim Armen Çarçyanı 1 ay müddətinə həbs edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə həkimin vəkili Erik Aleksanyan TASS-a bildirib.

“Preofessoru bir aylıq müddətə həbs etdilər. Hakim Armine Meliksetyan Çarçyanın istintaq müddətinə mane olacağını hesab edərək bu qərarı verib”, - deyə Aleksanyan qeyd edib.

Qeyd edək ki, Çarçyanın sosial şəbəkədə “İzmirlyan” xəstəxanasının tibbi personalına səsverməyə getməklə bağlı təzyiq göstərərkən lentə alınmış səs yazısı yayılmışdı. “Ermənistan” müxalif blokunun rəhbəri Robert Koçaryan Çarçyana qarşı cinayət işi açılmasının və həbsinin siyasi təqib olduğunu deyib.“Qafqazinfo”

Tarix: 24-06-2021, 09:54 Oxunub: 156


Bölməyə aid digər xəbərlər
20-06-2021, 15:24 Paşinyan səs verdi - VİDEO