18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
Çin Ukraynanı yarım milyon peyvəndi verməməklə təhdid etdi - SƏBƏB

Çin Ukraynanı yarım milyon peyvəndi verməməklə təhdid etdi - SƏBƏB

Çin Ukraynanı bu ölkə üçün nəzərdə tutulan 500.000 dozadan çox koronavirus peyvənd tədarükünü dayandırmaqla hədələyib. Buna səbəb rəsmi Kiyevin uyğurların hüquqları ilə bağlı sənədə imza atmasıdır.

GununNebzi.az
xəbər verir ki, bu barədə "Associated Press" diplomatik mənbələrə istinadən məlumat verib. Agentliyin məlumatına görə, Ukrayna iyunun 22-si Cenevrədə İnsan Hüquqları Şurasının Çinin Sincan Uyğur Muxtar Bölgəsinə dərhal müstəqil müşahidəçi qəbul etməsinə çağıran bir sənəd imzalayıb. Kanadanın təklif etdiyi sənəd Ukraynadan əlavə 40-dan çox ölkə tərəfindən dəstəklənib.

Bundan sonra Pekin, Kiyevə, Ukraynanın sənədi dəstəkləməkdən imtina etməyəcəyi təqdirdə Çin səlahiyyətlilərinin ən az 500.000 doza COVID-19 peyvəndi tədarükünü əngəlləyəcəyi barədə xəbərdarlıq edib. Nəticədə, Kiyev cümə axşamı günü imzasını geri götürməli olub.

Agentliyin müəyyən etdiyi kimi, Ukrayna əvvəllər Çinin "Sinovac Biotech" şirkəti ilə 1,9 milyon doza "CoronaVac" peyvəndi almaq barədə razılığa gəlmişdi. Səhiyyə naziri Maksim Stepanovun sözlərinə görə, may ayının əvvəlinə qədər Kiyevə 1,2 milyon doza peyvənd tədarük olunub.

Son vaxtlar Çinin Sintszyan-Uyğur əyalətindəki siyasəti Qərb ölkələri, insan haqları təşkilatları və KİV-lər tərəfindən kəskin şəkildə tənqid olunur. Aİ, ABŞ, Kanada və İngiltərə Çini uyğurların hüquqlarını pozmaqda, etnik azlıqlara zülm etməkdə və məcburi əməyə sövq etməkdə ittiham edərək Çinə qarşı sanksiyalar tətbiq edib. ABŞ Çinin uyğurlara qarşı siyasətini soyqırım kimi qəbul edilə biləcəyini açıqlayıb. Çin isə bütün ittihamları rədd edir.

Tarix: 26-06-2021, 11:26 Oxunub: 138


Bölməyə aid digər xəbərlər