23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Paşinyan Rusiyaya buna görə gedirmiş

Paşinyan Rusiyaya buna görə gedirmiş

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfər edəcək.

GununNebzi.az
xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 7-də baş tutacaq səfər çərçivəsində Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

"Tərəflər Rusiya-Ermənistan arasında strateji əməkdaşlığı, 2020-ci ilin noyabrın 9-da və 2021-ci ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatın bəndlərinin reallaşdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərini müzakirə edəcəklər".

Bundan əlavə, görüşdə Rusiya sülhməramlılarının Ermənistan sərhədində yerləşdirilməsinin müzakirə olunacağı barədə məlumat verilib.

Tarix: 7-07-2021, 11:49 Oxunub: 138


Bölməyə aid digər xəbərlər
6-07-2021, 17:55 Paşinyan Rusiyaya gedir