23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Estoniya rus diplomatı ölkədən çıxarır

Estoniya rus diplomatı ölkədən çıxarır

Estoniya Rusiya tərəfindən ölkənin Sankt-Peterburqdakı Baş konsulu Mart Lyattenin ölkədən çıxarılmasına cavab olaraq rus diplomatı öz ölkəsinə geri göndərəcək.

GununNebzi.az
“RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas açıqlayıb.

“Beynəlxalq münasibətlər təcrübəsində belə bir qayda var ki, əgər bir ölkə hər hansı bir diplomatik işçini ölkədən çıxarırsa, qarşılığında digər ölkə də eyni addımı atır. Bəli, bizim də belə bir addım atmaq planımız var”, - deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, Sankt-Peterburqda baş verən hadisə sadəcə öz işi ilə məşğul olan estoniyalı diplomata qarşı Federal Təhlükəsizlik Xidmətinin (FTX) bir təxribatıdır.

Qeyd edək ki, FTX-nin verdiyi məlumata görə, Mart Lyatte 6 iyul tarixində bir rus vətəndaşından məxfi məlumatlar əldə edərkən saxlanılıb. Ardınca Rusiya Xarici İşlər Nazirliyi onu “arzuolunmaz şəxs” elan edib və diplomatın Rusiya ərazisini tərk etməsi üçün 48 saatı olduğunu bildirib.

Tarix: 8-07-2021, 17:48 Oxunub: 237


Bölməyə aid digər xəbərlər