23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Əfqanıstanda “Röyters”in fotomüxbiri öldürüldü

Əfqanıstanda “Röyters”in fotomüxbiri öldürüldü

“Röyters” agentliyinin fotomüxbiri Daniş Siddiki öldürülüb.

GununNebzi.az
agentliyə istinadən xəbər verir ki, Daniş Siddiki Əfqanıstanın təhlükəsizlik qüvvələri və “Taliban” döyüşçüləri arasında qarşıdurma zamanı həlak olub.

İnsident Əfqanıstan və Pakistan arasında sərhəd keçid məntəqəsinin yaxınlığında baş verib.

“Taliban” ilə atışma zamanı hind fotomüxbir ilə yanaşı yüksək vəzifəli əfqan zabitin də həlak olduğu bildirilir.

Qeyd edək ki, Siddiki Qəndahar əyalətində Əfqanıstanın xüsusi bölmələrinin tərkibində çalışıb və əfqan kommandolar və “Taliban” döyüşçüləri arasında hərbi fəaliyyətlərdən yazırdı.

Bununla yanaşı, 2010-cu ildən “Röyters” agentliyinin fotoqrafı olan Siddiki Əfqanıstan və İraqdakı müharibələrin, rohingya qaçqınları ilə bağlı böhranın, həmçinin bir sıra digər vacib hadisələrin işıqlandırılması ilə məşğul olub.

O, 2018-ci ildə “Röyters”in “Pulitzer” mükafatını qazanan komandasının tərkibində olub.

Əfqanıstanda “Röyters”in fotomüxbiri öldürüldü

Tarix: 16-07-2021, 17:19 Oxunub: 230


Bölməyə aid digər xəbərlər