23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiya niyə Talibanla təmas qurub? - Rəsmi Moskvadan açıqlama

Rusiya niyə Talibanla təmas qurub? - Rəsmi Moskvadan açıqlama

“Taliban BMT Təhlükəsizlik Şurası qərarında Əfqanıstandakı müzakirələrin tərəfi olaraq qəbul edilir”.

GununNebzi.az
xəbər verir ki, bunu “Rossiya 1” televiziyasına açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Moskva bu qərara istinadən Taliban təmsilçiləri ilə təmas qurub:

“2020-ci ilin martında BMT TŞ-də qəbul edilən qərarda Əfqanıstandakı tərəflər arasında müzakirələrin aparılmasının vacibliyi açıq qeyd edilib.

Bəli, Taliban Rusiyada, həqiqətən, qadağan olunan bir təşkilatdır. Məsələ budur ki, Rusiya beynəlxalq terrorla mübarizəni sadəcə dəstəkləmədiyini, eyni zamanda, bu mövzudakı qərarlılığını təsdiqlədiyini, terror aktlarının qəbuledilməz olduğunu vurğulayıb.

Daha bir nüans var. O da Talibanın Əfqanıstandakı tərəflər arasındakı dialoqun BMT TŞ-nin bütün ölkələri təşviq etməyə çağırdığı dialoqun tərəfi olmasıdır”.“Qafqazinfo”

Tarix: 18-07-2021, 19:18 Oxunub: 181


Bölməyə aid digər xəbərlər
15-01-2021, 16:59 Zaxarovadan VACİB AÇIQLAMA