23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Şoyqudan “Taliban”la bağlı çağırış

Şoyqudan “Taliban”la bağlı çağırış

“Əfqanıstanın Özbəkistan və Tacikistanla sərhədinə “taliban”lar nəzarət edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) terroristlərin mümkün sızmasına hazır olmalıdır”.

GununNebzi.az
“RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. Onun sözlərinə görə, Tacikistan və Özbəkistanın Silahlı Qüvvələri “Taliban” hərəkatı tərəfindən həyata keçirilə biləcək mümkün təxribatların qarşısını almağa hazır olmalıdır.

“Taliban” hərəkatı bu cür cəhdlər etməyəcəyini bəyan etsə də, rus nazir belə bir açıqlama verib.

Şoyqu həmçinin vurğulayıb ki, Rusiya üçün KTMT üzrə müttəfiqlərinin “Taliban” tərəfindən edilə biləcək mümkün təxribatlara qarşı hazır olması vacibdir.

“Bunun üçün biz təbii olaraq hər şeyi edirik”, deyə S.Şoyqu əlavə edib.

Tarix: 11-08-2021, 10:51 Oxunub: 155


Bölməyə aid digər xəbərlər