23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Baydenlə Makron Əfqanıstandakı vəziyyəti müzakirə etdi

Baydenlə Makron Əfqanıstandakı vəziyyəti müzakirə etdi

ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron telefon danışığında Əfqanıstandakı vəziyyəti, o cümlədən Kabil hava limanından insanların təxliyyə prosesini müzakirə ediblər.

GununNebzi.az
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.


“Onlar müttəfiqlər və Əfqanıstan üzrə demokratik tərəfdaşlar arasında sıx əlaqələndirmənin davam etdirilməsinin vacibliyini vurğuladılar, o cümlədən humanitar yardım və qaçqınlara dəstək məsələləri üzrə”, - məlumatda deyilir.

Onlar, həmçinin gələn həftə Əfqanıstanla bağlı “G7” qrupunun virtual sammitinin keçirilməsi planlarını alqışlayıblar.

Tarix: 20-08-2021, 10:07 Oxunub: 165


Bölməyə aid digər xəbərlər