02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Koçaryan Moskvaya buraxılmadı

Koçaryan Moskvaya buraxılmadı

Bir həftə əvvəl Rusiyanın hakim Vahid Rusiya Partiyası tərəfindən Moskvaya dəvət olunan Ermənistanın keçmiş Prezidenti, müxalif “Ermənistan” Alyansının rəhbəri Robert Koçaryana ölkədən çıxmaq qadağan olunub.

GununNebzi.az
xəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb.

Birinci instansiya məhkəməsi R.Koçaryanın ölkədən getməsinə razılıq verməyib.

Məhkəmənin qərarında deyilir ki, hazırda R.Koçaryanın rüşvət iddiası ilə mühakiməsi davam etdiyindən, eks-prezident ölkədən çıxa bilməz.

R.Koçaryanın rəhbərlik etdiyi "Ermənistan bloku"nun bəyanatında deyilir ki, məhkəmə qərarı siyasi sifarişlə çıxarıb.

Qeyd edək ki, Rusiyanın hakim partiyası Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırmışdı.

Tarix: 17-09-2021, 21:34 Oxunub: 164


Bölməyə aid digər xəbərlər
21-06-2021, 10:33 Paşinyandan ilk açıqlama