23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ermənistanın eks-müdafiə naziri Tonoyan saxlanıldı

Ermənistanın eks-müdafiə naziri Tonoyan saxlanıldı

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan saxlanılıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, tezliklə D. Tonoyanın həbsi barədə vəsatət qaldırılacaq.

Bildirilir ki, bir neçə saat öncə güc strukturları Tonoyanın evində axtarış həyata keçirib.

Qeyd olunur ki, axtarışlar paralel olaraq Ermənistan Silahlı Qüvvələrinin Aviasiya idarəsinin rəisi Avetik Muradyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın da evində aparılıb. Stepan Qalstyan, həmçinin ölkənin Milli Təhlükəsizlik Xidmətinə də çağırılıb.

Qəzet yazır ki, növbədə digər sabiq müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturov var. Sözügedən istintaq əməliyyatlarının yararsız aviasiya silahlarının alınması barədə cinayət işi ilə bağlı olması istisna edilmir.

Tarix: 29-09-2021, 18:23 Oxunub: 194


Bölməyə aid digər xəbərlər
14-11-2020, 16:58 Paşinyan məmurları topladı