23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İŞİD-in vəzifəli şəxsi həbs edildi

İŞİD-in vəzifəli şəxsi həbs edildi

İraq kəşfiyyatı İŞİD terror qruplaşmasının vəzifəli şəxsi Sami Casimini həbs edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı İraqın Baş naziri Mustafa Kazemi öz tviter hesabında açıqlayıb.

Məlumata əsasən, Sami Casimi İŞİD qruplaşmasının lideri olmuş Əbu Bəkr əl-Bağdadinin keçmiş müavini olub.

Baş nazirin sözlərinə görə, ölkənin kəşfiyyat xidməti İraq sərhədindən kənarda Sami Casiminin həbs olunması üçün çətin əməliyyatlardan birini həyata keçirib.

Bildirilir ki, Casimi İŞİD terror qruplaşmasının maliyyə məsələlərindən məsul şəxsdir.

Qeyd edək ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi 2019-cu ilin oktyabrın 27-si zərərsizləşdirilib.

“Qafqazinfo”

Tarix: 11-10-2021, 15:24 Oxunub: 253


Bölməyə aid digər xəbərlər