23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu ölkənin aviaşirkətləri beynəlxalq reyslərə bilet satışına başladı

Bu ölkənin aviaşirkətləri beynəlxalq reyslərə bilet satışına başladı

gununnebzi.az Qazaxıstan aviaşirkətlərinin saytlarında xarici ölkələrə bilet satışlarına başlanılıb.

Milli aviadaşıyıcı “Air Astana” Nur-Sultan – Moskva istiqamətinə biletlər təklif edir.

“Əgər saytda biletlər varsa, deməli, bu günlərə təxirə salınma qərarı yoxdur və onları almaq olar”, - deyə aviaşirkətin mətbuat xidmətindən bildirilib.

29-30 aprel tarixlərində Qazaxıstan vətəndaşları üçün Amsterdamdan Uralsk və Atırauya beynəlxalq uçuşlar planlaşdırılıb. Əcnəbilərə Uralsk və Atıraudan Amsterdama uçan təyyarələr üçün yer sifariş etmək təklif olunur.

Eyni zamanda, “FlyArystan” hava yolları şirkətinin saytında iyun ayına Moskvaya bilet satışlarına başlanılıb.

SCAT saytında may və iyun ayları üçün Nur-Sultandan Moskvaya, Batumi və Praqaya bilet sifarişi etmək olar.

Bununla belə, beynəlxalq uçuşların bərpa olunacağı rəsmi olaraq bildirilməyib.

Nəqliyyatda baş dövlət sanitar müfəttişi Sadvakas Bayqabulov beynəlxalq uçuşların bərpa imkanlarına mərhələli baxılacağını deyib. Onun sözlərinə görə, hər şey sanitar-epidemioloji vəziyyətdən asılıdır.

Qeyd edək ki, Nur-Sultan və Almatı hava limanları aprelin 1-dən etibarən beynəlxalq sərnişin reyslərini qəbul etmir. Qazaxıstanda fövqəladə vəziyyət rejimi martın 16-dan fəaliyyət göstərir və mayın 11-dək uzadılıb.

Mayın 1-dən etibarən yalnız Nur-Sultandan Almatıya və əksinə ilk daxili reys bərpa olunacaq. Təyyarələrə ancaq koronavirusun olmaması haqqında arayış gətirən sərnişinlər buraxılacaq.


Tarix: 28-04-2020, 13:21 Oxunub: 91


Bölməyə aid digər xəbərlər